Hecinq İmkanları

Forvard və fyuçerslər səhmlərin, istiqrazların, valyutaların, müxtəlif növ əmtəələrin və digər aktivlərin əvvəlcədən müəyyən olunmuş qiymətə, həcmə və tarixə alınması və satılması imkanı yaratmaqla effektiv hecinq aləti qismində çıxış edir

PAŞA Kapital Azərbaycanın ən innovativ investisiya şirkətlərindən biri olmaqla, sizə balansınızda olan maliyyə aktivlərinin qiymət volatilliyi ilə bağlı risklərini azaltmaq məqsədilə yerli bazarda forvard müqaviləsi üzrə tərəf müqabilinin axtarılması, seçilməsi və qarşılıqlı öhdəliklərin müqavilə ilə rəsmiləşdirilməsində öz vasitəçilik xidmətini təklif edir