PAŞA Kapital İnvestisiya Şirkəti Əlaqə məlumatları:
Bakıda ünvan: 1065, Bakı, Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44
Telefon: +994124933366, +994552263366, Elektron poçt: [email protected]

Haqqımızda

"PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti 2012-ci ilin iyun ayında yaradılmışdır. Şirkət 2013-cü ildə "EMEA Finance" jurnalı tərəfindən təşkil edilmiş "Europe Banking Awards 2013" müsabiqəsində "Azərbaycanda ən yaxşı broker" və Cbonds tərəfindən təşkil edilmiş Cbonds Awards CIS 2019 müsabiqəsində "ilin ən yaxşı investisiya şirkəti" adına layiq görülmüşdür. Şirkət öz müştərilərinə bütün növ investisiya xidmətlərinin göstərilməsini təmin edir

 

Etibarlı Tərəfdaşlıq

PAŞA Kapital Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiyasının aparıcı üzvlərindən biridir. 2019-cu ildə Şirkət ümumi dövriyyəsini 8.07 milyard manata çatdırmaqla Bakı Fond Birjasında aparılmış əməliyyatların həcminə görə birinci yerdə qərarlaşmışdır

Müxtəlif Növ Alətlər

PAŞA Kapital müştərilərə aşağıdakı xidmətləri göstərir:
• Broker
• Anderraytinq
• Marja ticarəti
• İnvestisiya məsləhətlərinin verilməsi
• İnvestisiya tədqiqat və digər yardımçı investisiya xidmətlər

Strategiyamız

Biz bu yüksək dinamik sahədə müştərilərimizin tələblərini qarşılamaq üçün xidmətlərimizin keyfiyyətini daim yüksəltməyi hədəfləyirik

Baxışımız

Biz bu sahədə aparıcı şirkətlərin arasında qalmağı və Azərbaycanın ən etibarlı və güvənli şirkətlərindən biri kimi nüfuzumuzu qorumağı hədəfləyirik

Missiyamız

Biz müştərilərimizin ticarət təcrübəsi üçün lazım olan bütün vasitələrin təmin olunması üçün çalışırıq