Hecinq İmkanları

Varrant və opsionlar səhmlərin, istiqrazların, valyutaların, müxtəlif növ əmtəələrin və digər aktivlərin əvvəlcədən müəyyən olunmuş qiymətə, həcmə və tarixə alınması və ya satılması hüququnu əldə etməklə effektiv hecinq aləti qismində çıxış edir

PAŞA Kapital Azərbaycanın ən innovativ investisiya şirkətlərindən biri olaraq, sizə balansınızda olan maliyyə aktivlərinin qiymət volatilliyi ilə bağlı risklərini azaltmaq məqsədilə yerli bazarda opsion müqaviləsi üzrə tərəf müqabilinin axtarılması, seçilməsi və qarşılıqlı öhdəliklərin müqavilə ilə rəsmiləşdirilməsində öz vasitəçilik xidmətini təklif edir