Vüqar Axundov

Müşahidə Şurasının üzvü

Vüqar Axundov, 2008-ci ildə Schumpeter School of Business and Economics universitetinin İqtisadiyyat fakültəsini bitirib.

V. Axundov, öz əmək fəaliyyətinə 2009-cu ildə Bakcell şirkətində Biznes Planlaşdırma üzrə Analitik vəzifəsində başlayıb. 2010-cu ildə Vüqar bəy həmin şirkətin Biznes Planlaşdırma və Büdcələşdirmə şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

2011-ci ildə V. Axundov, Azərfon şirkətində Hesabat, Büdcə və Planlaşdırma Qrupunun Rəhbəri vəzifəsini icra edib. V.Axundov, PAŞA Holdinq-ə 2012-ci ildə Audit Menecer kimi qoşulub. 2013-2015-ci illərdə Assosiativ İnvestisiya Meneceri vəzifəsində çalışıb. V.Axundov, PAŞA Holdinq-də 2015-ci ildə Bank Assosiasiyası, 2016-2018-ci illər arası isə Biznes proseslərin idarə olunması üzrə baş mütəxəssisi vəzifəsini icra edib.

2018-ci ildən etibarən V.Axundov, PAŞA Holdinq şirkətinin Biznes Qrup Meneceri vəzifəsinə təyin olunub. 08 dekabr 2022-ci il tarixindən Cəmiyyətin Müşahidə Şurasının üzvü vəzifəsini icra edir.