Murad Süleymanov

Müşahidə Şurasının üzvü

Murad Süleymanov, 2007-ci ilə Azərbaycan Dövlət Neft Akademiyasını Mühəndis İqtisadiyyatı və İdarərəetmə istiqamətini bakalavr dərəcəsi üzrə, 2009-cu ildə eyni istiqaməti magistr dərəcəsi üzrə fərqlənmələr ilə bitirmişdir.

2008-2011-ci illərdə Murad Süleymanov Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi. Şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit şöbəsində maliyyə auditoru kimi çalışmışdır. Bu dövr ərzində o, neft-qaz, istehsalat, telekommunikasiya sektorlarında fəaliyyət göstərən müəssisələrə audit xidmətləri göstərmişdir.

Oktyabr 2011-ci ildən etibarən Murad Süleymanov “PAŞA Sığorta” ASC-ə qoşulararaq Maliyyə və MİS Direktorunun müavini, Maliyyə müdiri və İdarə Heyətinin üzvü rollarında çalışmışdır. Sonuncu rolunda maliyyə, aktuari, investisiyaların idarəedilməsi, inzibati idarəetmə və satınalmalar, risklərin idarəedilməsi istiqamətlərinin kuratoru olaraq fəaliyyət göstərmişdir. O, həmçinin 2015-2017-ci illərdə "PAŞA Holding" MMC-in "Yüksək Potensiallı Liderlik" proqramı çərçivəsində idarəedicilər üçün müxtəlif təlim-tədris proqramları keçmiş və liderlik modullarında iştirak etmişdir.

Murad Süleymanov May 2019-cu ildən etibarən “PAŞA Holding” MMC-də Qrup üzrə Maliyyə və İT Departamentinin Direktoru roluna təyinat almışdır və mühasibat və vergilər, satınalmalar, xəzinədarlıq, hesabatlılıq, büdcələmə - planlama, İT istiqamətlərinin idarəedilməsi üzrə fəaliyyət göstərmişdir.

Murad Süleymanov həmçinin PAŞA Qrupun müxtəlif müəssisələrində Strategiya və Büdcə Komitələrinin üzvü / sədri, Satınalma Komitələrinin sədri, İnvestisiya Komitələrinin üzvü / sədri, İnsan Resursları Komitəsinin üzvü, İnnovasiya Məşvərət Şurasının üzvü, “PAŞA Technology” MMC və müəssisəsində Müşahidə Şürasının üzvü vəzifələrində çalışmışdır və 11 Avqust 2020-ci il tarixindən “PAŞA Kapital” İŞ Müşahidə Şürasının üzvü vəzifəsini icra edir.

21 iyul 2022-ci il tarixindən Murad Süleymanov “PAŞA Bank” ASC-in İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısıdır.