“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin (Cəmiyyət) yeganə səhmdarı “PAŞA Holdinq” MMC-dir

Səhmdarın əsas hüquqları

1. Cəmiyyətin idarə edilməsində Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

2. Qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;

3. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

4. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək;

5. Cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak və onun protokolunun surətini tələb etmək;

6. Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

7. Cəmiyyətin xalis mənfəətindən dividend almaq;

8. Cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

9. Cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək;