Rauf Qurbanov

Direktor müavini

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini

Vəzifəyə təyin olunma tarixi: 17/01/2024

Rauf Qurbanov 2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə edilməsi ixtisası üzrə bakalavr, 2005-ci illərdə isə magistr dərəcəsini almışdır. O, həmçinin Böyük Britaniyanın York və Fransanın Strazburq Universitetlərinin müştərək proqramı üzrə EMBA dərəcəsini almaq üzrədir.

Rauf Qurbanov peşəkar karyerasına 2005-ci ildə "Azərnəqliyyatbank” ASC-də (hazırki “Ekspressbank” ASC) hesablaşmalar şöbəsində başlamış, 2006-cı ildə həmin bankın İT şöbəsində müdir vəzifəsində fəaliyyətini davam etdirmişdir.

Rauf Qurbanov 2007-2012-ci illərdə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda Kreditlərin üçotu və monitorinqi şöbəsinin baş mütəxəssisi, yoxlama qrupunun rəhbəri, sığrta və qiymətləndirici şirkətlərin qiymətləndirilməsi və seçimi, biznes analitiki kimi vəzifələri icra etmiş, daha sonra isə "Dəmirbank" ASC-də Kreditlərə nəzarət şöbəsinin və sonradan Analitik şöbənin müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2016-cı ilin noyabr ayından Bank "BTB" ASC-də Korporativ İnkişaf departamentinin direktoru vəzifəsində çalışmağa başlamış. 4 il sonra isə Bank "BTB" ASC-nin İdarə Heyətinin üzvü, 2023-cü ildən Bank "BTB" ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışmişdır. 2020-2023-cü illər ərzində Bank "BTB" ASC-nin Baş Əməliyyat İnzibatçısı, Baş Risk İnzibatçısı və Baş Texnologiya İnzibatçısı vəzifələrini icra etmiş, İnformasiya texnologiyaları, İşə qəbul və qiymətləndirmə komitələrinə sədrlik, digər bir sıra komitələrdə üzvlük etmişdir.

17 yanvar 2024-cü il tarixindən etibarən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş direktorunun müavini vəzifəsinə təyin edilmiş, Şirkətdə əməliyyat, maliyyə və risk sahələrinə nəzarəti həyata keçirmək həvalə edilmişdir.