FES-in dünya iqtisadiyyatına təsiri

Son illərdə FES, həmçinin aşağıdakı funksiyalara da cavabdehdir:

  • ABŞ-nin monetar siyasətinin həyata keçirilməsi;
  • Qiymətlərin və işsizlik səviyyəsinin stabilləşdirilməsi;
  • Bankların işinə nəzarət, müştərilərin maraqlarının qorunması;
  • ABŞ hakimiyyətinə, bəzi fiziki şəxslərə, maliyyə qurumlarına və xarici rəsmi qurumlara xüsusi maliyyə xidmətlərinin göstərilməsi.

Xüsusiyyəti:

FES-i fərqləndirən xüsusiyyət isə onun Mərkəzi Bank funksiyalarını yerinə yetirməklə yanaşı, dövlətə yox, fərdi şəxslərə məxsus olmasıdır.

Bu struktur səhmdar cəmiyyəti kimi çıxış edir, onun səhmləri isə xüsusi statusa malikdir. Dövlət FES-in fəaliyyətini istiqamətləndirmək üçün idarə heyyəti seçir. Həmçinin, qurum hər il fəaliyyəti ilə bağlı dövlətə hesabat təqdim etməlidir.

İqtisadiyyata hansı alətlərlə təsir göstərir:

FES sadəcə ABŞ iqtisadiyyatına deyil, dünya iqtisadiyyatına da təsir etmək gücünə malikdir. Bunun üçün müxtəlif alətrlər mövcuddur.

Bu alətlərə nəzər yetirək:

  • Uçot faiz dərəcəsi

“FED funds rate” — FES-in monetar siyasətinin əsas və ən məşhur alətlərindən biridir. Qurum faiz dərəcəsini ildə 8 dəfə (növbədənkənar iclaslar istisna olmaqla) açıqlayır.

Həmçinin iclasdan sonra FES-in gələcək proqnozlar və hazırkı vəziyyətlə bağlı açıqlamalarının yer aldığı press-konferensiya da investorların diqqət mərkəzindədir.

Uçot faiz dərəcəsi banklararası kreditləşmə ilə bağlıdır.

Belə ki, gün sonunda ABŞ bankları müəyyən rezervə sahib olmalıdırlar. FES-in tələblərinə uyğunlaşmaq üçün isə bəzən banklar bir-birlərindən “overnight” rejimdə borc alırlar. FES isə “overnight” dərəcəsinə təsir etmək üçün fondlar üzrə faiz dərəcəsini tənzimləyir.

  • Diskont faiz dərəcəsi

Bu alət bank sisteminin stabilliyi və likvidliyi qorumaq üçün önəmli rol oynayır. Onun düzgün tənzimlənməsi bank sisteminin risklərini, eləcə də, stressli zamanda əhalinin vəsaitlərini banklardan məxaric etməsinin qarşısını alır.

Qısacası, diskont faiz dərəcəsi kommersiya banklarının Federal Ehtiyat Banklarına ödədiyi faizdir.

  • QE və QT

QE aktivlərin alınması üzrə antiböhran proqramıdır.

Bu proses ilk dəfə 2008-ci ildə, ABŞ-də olan ipoteka böhranında işə salınmışdı. İqtisadiyyat artımını stimullaşdırmaq məqsədilə, layihə $600 milyard ipoteka kağızı almağı nəzərdə tuturdu (QE1).

Əsas məqsəd — iri həcmdə dövlət qiymətli kağızlarını alaraq, iqtisadiyyata vəsait cəlb edərək, uzunmüddətli faiz dərəcələrini azaltmaqdır.

QT isə QE-nin tam əksidir.

O, aktivlərin satışı ilə pul vəsaitlərinin həcmini azaltmaq və faiz dərəcəsini artırmaq üçün nəzərdə tutulub. Bu alət inflyasiyanın qarşısını almaq və ya iqtisadiyyatın inkişaf templərini zəiflətmək üçün istifadə olunur.

  • Verbal intervensiyalar

FES-in bütün açıqlamaları maliyyə bazarlarının dinamikasına təsir edir. Xüsusilə də, FES-in sədrinin çıxışları investorlar tərəfindən diqqətlə izlənir.

Bu çıxışlar iclaslar arasında maliyyə bazarlarını tənzimləyir. Adətən, bazarın gözləntilərinə təsir edən bu alət, digərləri istifadə olunduqdan sonra daha effektiv hesab olunur.

Digər alətlər:

  • Bank sisteminin yenidən maliyyələşdirilməsi;
  • REPO əməliyyatları;
  • Mərkəzi Banklar arası valyuta svopu;
  • İri korporasiyaların kreditləşməsi (2008);
  • Kiçik biznesin kreditləşməsi.

FES “Bitcoin”ə təsir edir?

Adətən, FES uçot faiz dərəcəsini artırdıqda, “Bitcoin”in qiymətində ucuzlaşma müşahidə oluna bilər. Bu, iqtisadiyyatın zəiflədiyi, investisiya alətlərinin bahalaşdığı dönəmdə baş verir. İnvestorlar isə istiqraz kimi daha stabil alətlərə üz tutur.

FES faiz dərəcəsini azaltdıqda isə, o, açıq bazarda aktivləri alaraq, öz balansını möhkəmləndirir. Beləliklə, kreditləşmə üzrə faizlər aşağı düşür, investisiya üçün mühit isə yaxşılaşmağa başlayır. Bu da, öz növbəsində, investorlara kriptovalyutalar kimi yüksək riskli alətlərə yatırım edərək, portfellərini diversifikasiya etməyə sövq edir.

Author:
PAŞA Kapital FX