Qanunvericiliyin və şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması barədə məlumatların təqdim edilməsi, qəbulu və araşdırılması (Whistleblowing)

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də qanunvericiliyin və şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması barədə məlumatların təqdim edilməsi, qəbulu, araşdırılması (“whistleblowing”) siyasəti Şirkətdə qanunvericiliyin və şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması barədə məlumatların qəbulu və araşdırılmasının əsas prinsiplərini, məqsədlərini, eləcə də bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edir. Qanunvericiliyin və şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması barədə məlumatların qəbulu və araşdırılması zamanı anonimlik, şəffaflıq, zəmanətlilik və “sıfır tolerantlıq” (“zero tolerance”) prinsipləri rəhbər tutulur.

MƏLUMAT VERƏN ŞƏXSLƏR KİMLƏR OLA BİLƏR?

Şirkətin əməkdaşları, müştəriləri, Şirkət ilə işgüzar münasibətlərdə olan kontragentlər, mal, iş, xidmət təchizatçıları, məsləhətçilər və bu statuslara uyğun digər fiziki və hüquqi şəxslər məlumat verən şəxslər ola bilər.

“WHISTLEBLOWING” NƏDİR?

“Whistleblowing” – Şirkətin etibarlı və prudensial idarə edilməsi məqsədilə qüvvədə olan normativ-hüquqi və normativ xarakterli aktların, həmçinin şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması ilə bağlı məlumatlandırma mexanizmidir.

“WHISTLEBLOWING”İN ƏHATƏ DAİRƏSİ

Qanunvericiliyin və şirkətdaxili normativ sənədlərin tələblərinin pozulması aşağıdakı (lakin bunlarla məhdudlaşmayan) halları əhatə edir:

  • Korrupsiya;
  • Vəzifə səlahiyyətlərindən sui-istifadə;
  • Səhlənkarlıq;
  • Vəzifə saxtakarlığı;
  • Dələduzluq;
  • Təhlükəli davranışlar;
  • Qeyri-etik hallar.

“WHISTLEBLOWING”İN ƏHATƏ DAİRƏSİNDƏ OLAN HALLARLA RASTLAŞDIQDA NƏ ETMƏK LAZIMDIR?

Şirkətin əməkdaşları, müştəriləri, Şirkət ilə işgüzar münasibətlərdə olan kontragentlər, mal, iş, xidmət təchizatçıları, məsləhətçilər və bu statuslara uyğun digər fiziki və hüquqi şəxslər “Whistleblowing”-in əhatə dairəsində olan hallarla rastlaşdıqda Qaynar xəttə ( [email protected]  elektron ünvanına və ya sosial media vasitəsilə yazmaqla, kağız daşıyıcıda yazılı müraciət etməklə  (“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ünvanı Bakı ş., Caspian Plaza - 11, Cəfər Cabbarlı küçəsi 44) araşdırma aparılması üçün məsul struktur bölməyə müraciət edə bilərlər.

“Whistleblowing” mahiyyətli məlumatlarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədikdə Şirkət həmin şəxsin konfidensiallığını təmin edir.

ARAŞDIRMA APARILMASI ÜÇÜN ZƏRURİ OLAN MEYARLAR HANSILARDIR?

  • Ehtimal olunan pozuntunun baş vermə tarixi;
  • Ehtimal olunan pozuntu obyekti və ya subyekti olan struktur bölmə və ya əməkdaşlar;
  • Ehtimal olunan pozuntunun təsviri;
  • Məlumat verən şəxs barədə məlumatlar (müraciət anonim olmadıqda).

Author:
PAŞA Kapital FX