"PAŞA Kapital” 35 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi.
Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasında premium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində başa çatıb. “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 9 hüquqi və 95 fiziki olmaqla, 104 investor tərəfindən qiyməti 100 (7%) ABŞ dolları olan 104 sifariş təqdim edilib. Sifarişlərin ümumi məbləği 35 000 000 ABŞ dolları təşkil etmişdir. 104 investorun iştirak etdiyi yerləşdirmədə, hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 6,352,300.00 ABŞ dolları (18,2 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 28,647,700.00 ABŞ dolları (81,8 %) təşkil etmişdir. Xüsusi olaraq vurğulamaq istərdik ki, fiziki şəxslər tərəfindən təqdim edilmiş sifarişlərin həcmi son iki il ilə müqayisədə cari ilin emissiya həcmi nisbətinə əsasən rekord nəticə hesab olunur. Ən yüksək marağın fərdi investorlar arasında olması, qiymətli kağızlara olan investisiya əməliyyatında pozitiv bir dinamikaya, artan inkişaf potensialına və bir neçə müsbət təsirlərə səbəb olmuşdur.