Emosional intellekt (EQ) nədir?
EQ – insanın öz emosiyalarını idarə etməsi və digərlərinin nə hiss etdiyini başa düşmə bacarığıdır. Bu bacarıq niyə hər bir investora nə qatır?
EQ – insanın öz emosiyalarını idarə etməsi və digərlərinin nə hiss etdiyini başa düşmə bacarığıdır. Bu bacarıq niyə hər bir investora nə qatır?
Universal portfelin məqsədi istənilən iqtisadi vəziyyətdə investora sabit gəlir mənbəyini qorumaqdır. Strategiya, əsasən, ABŞ bazarında daha effektivdir. Bu portfel necə ərsəyə gəldi? 90-cı illərdə Rey Dalio, hal-hazırda dünyanın ən böyük hec fondlarından biri olan “Bridgewater Associates” şirkəti ilə universal strategiya yaratmaq qərarına gəldi. Məqsəd - onilliklərlə aktual olan portfel hazırlamaq idi.
Səhmlərə yatırım edərkən şirkətin maliyyə göstəricilərini bilmək olduqca önəmlidir. Bu məqalədə investora qurumun hesabatlarını oxumağı və onlardan nəticə çıxarmağı izah edəcəyik.
Dünyada baş verən qeyri-stabillik fonunda, investorlar kənar faktorlardan mümkün qədər asılı olmayan alternativ investisiya alətlərinə üz tutur. Bu alətlərdən biri də incəsənətdir. Düzdür, hal-hazırda yerli investisiya şirkətləri incəsənətə yatırım xidmətini təqdim etmir, lakin bu istiqamət digər ölkələrdə olduqca məşhurdur. Belə ki, incəsənət də birjadır. 2018-də “Deloitte” bu birjada əldə edilən ümumi aktivləri $1,74 trilyona dəyərləndirirdi.
Federal Ehtiyat Sistemi (FES) — ABŞ-nin Mərkəzi Bankının funksiyalarını yerinə yetirən strukturdur. O, pul vəsaitlərinin emissiyası, maliyyə strukturuna nəzarət, likvidliyin təmin edilməsi kimi funksiyaları yerinə yetirir.
Bəzən yanlış düşüncə tərzi investorları irrasional qərarlara sövq edərək zərərə uğrada bilər. Bu məqalədə qərarınızı yanlış istiqamətləndirən 3 faktoru sadalayacağıq.