Vasitəçilik

PAŞA Kapital ölkənin aparıcı investisiya şirkətlərindən biri olaraq öz müştərilərinə yerli və beynəlxalq bazarlarda ticarət olunan qiymətli kağızları və törəmə maliyyə alətlərinin alınması və satılması üzrə vasitəçilik (broker) xidməti göstərir

PAŞA Kapital vasitəsilə siz

  • Bakı Fond Birjasında və birjadankənar bazarda tədavül olunan 2000-ə yaxın şirkətin səhm və istiqrazlarını, Azərbaycan hökumətinin buraxdığı və risksiz sayılan dövlət istiqrazlarını əldə edə bilərsiniz
  • Rusiya və digər Avropa ölkələrinin aparıcı fond birjalarında tədavül olunan istənilən şirkətin səhmlərini, istiqrazlarını, eləcə də korporativ və suveren avrobondlarını əldə edə bilərsiniz
  • Uzunmüddətli kapital qoyuluşu üçün nəzərdə tutulmuş invesitisiya məhsullarından sayılan investisiya fondlarının paylarını (o cümlədən ETF-ləri) və strukturlaşdırılmış maliyyə alətlərini əldə edə bilərsiniz
  • Repo/əks repo əməliyyatları ilə likvidlik ehtiyaclarınızı sürətli və minimal tranzaksiya xərcləri ilə ödəmək üçün portfeilinizdə olan qiymətli kağızlar qarşılığında ən aşağı faiz dərəcələri ilə pul vəsaitləri cəlb edə və ya izafi pul vəsaitlərinizi bazarda mövcud olan ən yüksək gəlirliliklə yerləşdirə bilərsiz
  • İnvestisiya portfelinizdə olan valyuta və qiymətli kağızları bazar riskindən qorumaq üçün forvard, svop və opsion müqavilələri bağlaya bilərsiniz

PAŞA Kapitalın qiymətli kağızlar bazarında vasitəçilik xidməti

Rəqabətli xidmət haqqı qarşılığında
Hər zaman “ən yaxşı qiymət prinsipi”ni əsas tutmaqla həyata keçirilir
Təcrübəli və peşəkar komanda tərəfindən