"PAŞA Kapital" brokerlərin renkinqində liderliyini qoruyub

Bakı. Yeganə laçınzadə - APA-Economics. Sentyabr ayı üzrə Bakı Fond Birjasının (BFB) dövlət qiymətli kağızlar (DQK) və korporativ qiymətli kağızlar (KQK) bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC başçılıq edib.

 

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, ay ərzində şirkət 33 mln. 306 min 643,47 manat həcmində əməliyyat həyata keçirib.

 

Qeyd edək ki, avqust ayında da ilk yeri "PAŞA Kapital" tutub.