18 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Kapital İŞ” QSC-nin yerləşdirmə üzrə anderrayter qismində çıxış etdiyi, ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan və “AzerGold” QSC-yə aid istiqrazların birinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilmişdir.
Birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 24 sentyabr tarixində saat 11.00-da həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2001019879 | Faizli təmin edilməmiş sənədsiz | 100 000 (ədəd) | 100 USD | 4% | 3 il | 90 təqvim günündən bir |
Hər birinin nominal dəyəri 100 ABŞ dolları, sənədsiz, adlı, təminatsız, faizli istiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərlə tanış olmaq üçün aşağıdakı faylları yükləməyiniz xahiş olunur.
AzerGold Baza Emissiya Prospekti