PAŞA Kapital İnvestisiya Şirkəti Əlaqə məlumatları:
Bakıda ünvan: 1065, Bakı, Caspian Plaza, Cəfər Cabbarlı küçəsi, 44
Telefon: +994124933366, +994552263366, Elektron poçt: [email protected]

Dividend Siyasəti

1. Dividend Şirkətin xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir.

2. Şirkətt aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:
- Şirkətin maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
- Şirkətin Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.

3. Mənfəətin (müvafiq vergilər çıxıldıqdan sonra) və ya onun müəyyən faizinin dividend olaraq ödəniləcək hissəsi müəyyən olunmuş qaydada hesablanır və Şirkətin Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq olunur.

4. Dividendin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq qərar qəbul olunmazdan əvvəl, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunaraq dividendlərin ödənilməsi üçün yazılı razılıq alınır.

5. Səhmdarların Ümumi Yığıncağı tərəfindən fərqli qayda müəyyən edilmədikdə, dividendin ödənilməsi qərarın qəbul olunduğu tarixdən sonrakı 10 iş günündən artıq olmayan müddət ərzində həyata keçirilir.