Biz geniş çeşiddə investisiya alətlərinə əlverişli çıxış təmin edirik

Bu imkanı qaçırtmayın və investisiyalarınızı bizim vasitəmizlə həyata keçirin

PAŞA Kapital İnvestisiya Şirkəti

Niyə müştərilər bizi seçirlər?

10

illik

maliyyə bazarında təcrübə

200+

mln

müştəri aktivləri

700

məmnun

müştəri

"PAŞA Holding"-in şirkətləri siyahısına daxilik
Azərbaycanda ən böyük dövriyyə
Maliyyə bazarının lideri
Rəsmi tərəfdaş
Geniş investisiya məhsulları
2012-ci ildən maliyyə bazarında

Xidmətlər

Vasitəçilik

• Müştəri portfelinin xarici valyuta və bazar risk hecinqi;
• İnvestisiya strategiyasının həyata keçirilmə mümkünlüyü;
• Qlobal maliyyə birjalarına çıxış imkanları;
• Bakı Fond Birjasına daxil olma imkanı

Anderraytinq

• Ən yaxşı seçim cəhdlərinin anderraytinq xidmətilə təmini;
• İstiqraz emissiyası üçün təhlil və məsləhətləşmələr;
• Emissiya üçün sənədləşmənin hazırlanması və icrası;
• Tələbin toplanması, yerləşdirmənin həyata keçirilməsi və aşağı faizlə kapital cəlbi.

Marja Ticarəti

• FX, CFDs, fyuçerslər, indekslər, metallar və s. üzrə 3000-dən çox investisiya aləti;
• Kompüter və mobil telefon dəstəkli Ticarət platforması;
• Geniş çeşidli ticarət alətləri;
• Müştərilər üçün onlayn dəstək xidməti.

Məsləhət və Tədqiqat

• Portfel idarəçiliyinizi inkişaf etdirmək şansı əldə edin
• Vaxtında məsləhətlər və tədqiqat hesabatları almaqla səmərəlilik
• Bazarın əsas tendensiyaları barədə məlumatlı olun
• Fərqli maliyyə alətləri üzrə məsləhət xidmətləri

Bazar Məlumatları

Emitentin adıQiymətli kağızın növüDövlət qeydiyyat nömrəsiİstiqamətSayQiymətHəcmGəlirlilik
AR Mərkəzi BankıNot50100173SAlış90,654.0099.288,999,947.819.7%
Azərbaycan Respublikasının Dövlət Neft ŞirkətiKorporativ IstiqrazAZ2001019895Alış7.001,035.007,245.003.7%
"MİDA" MMCKorporativ IstiqrazAZ2001020760Alış30,000.001,000.0030,000,000.003.0%
"Paşa Yatırım Bankası" A. ŞKorporativ IstiqrazAZ2003020172Alış25,000.001,000.0025,000,000.003.0%
"BOKT Embafinans" MMCKorporativ IstiqrazAZ2003020602Alış2,000.001,000.002,000,000.009.5%
AR Maliyyə NazirliyiDQİAZ0104004749Alış11,432.0092.481,057,194.778.2%

Şirkətin Xəbərləri

"PAŞA Kapital"ın dövriyyə həcmi ötən ilin fevral ayı ilə müqayisədə 217% artıb.

"PAŞA Kapital"ın dövriyyə həcmi ötən ilin fevral ayı ilə müqayisədə 217% artıb.

10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.   Bakı Fond Birjası tərəfindən 2024-cü ilin fevral ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 5 milyard 114 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları və korporativ istiqrazları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 50 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi.

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 50 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi.

On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən buraxılan, hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 23 ferval 2024-cü il tarixində uğurla başa çatmışdır.

Kapital bazarları üzrə 60% bazar payı ilə  "PAŞA Kapital" liderlik mövqeyini qorumaqdadır.

Kapital bazarları üzrə 60% bazar payı ilə "PAŞA Kapital" liderlik mövqeyini qorumaqdadır.

10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.   Bakı Fond Birjası tərəfindən 2024-cü ilin yanvar ayı üçün açıqlanan hesabata əsasən "PAŞA Kapital" 2 milyard 604 milyon manatdan artıq dövriyyə həcmi və 60% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.

PAŞA KAPİTAL YENİDƏN BEYNƏLXALQ MÜKAFATLARA LAYİQ GÖRÜLDÜ.

PAŞA KAPİTAL YENİDƏN BEYNƏLXALQ MÜKAFATLARA LAYİQ GÖRÜLDÜ.

PAŞA Kapital İnvestisiya Şirkəti dünyanın məşhur maliyyə jurnalı olan “International Finance” tərəfindən iki fərqli nominasiya üzrə mükafatlara layiq görülüb. Azərbaycan investisiya bazarında ən yüksək dövriyyəyə malik olan PAŞA Kapital, 2023-cü ildə əldə etdiyi nailiyyətlə “International Finance” maliyyə jurnalı tərəfindən “Best Fixed Income Bonds – Azerbaijan 2023”, şirkətin Baş İcraçı Direktoru Ceyhun Hacıyev isə “Best Emerging CEO - Mr. Jeyhun Hajiyev – Investments – Azerbaijan 2023” kateqoriyasında təltif edilib.